Modern.az

Putin Belarusdadır - YENİLƏNİB

Putin Belarusdadır - YENİLƏNİB

Dünya

23 Noyabr 2023, 13:50

Rusiya prezidenti Vladimir Putin Belarusa gedib.

 

Modern.az Rusiya mətbuatına istinadən xəbər verir ki, o, artıq paytaxt Minskə çatıb.

 

Putin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Kollektiv Təhlükəsizlik Şurasının iclasına qatılacaq.

 

***

22.11.2023 / 16:14

 

Rusiya prezidenti Vladimir Putin noyabrın 23-də Belarus paytaxtı Minskə səfər edəcək.

 

Modern.az xəbər verir ki, məlumatı Kreml yayıb.

 

Səfərin məqsədi Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Kollektiv Təhlükəsizlik Şurasının növbəti sessiyasında iştirak etməkdir.

 

Gündəliyə KTMT üzvləri arasında qarşılıqlı fəaliyyətin əsas məsələləri, o cümlədən kollektiv təhlükəsizlik sisteminin daha da təkmilləşdirilməsi, eləcə də aktual beynəlxalq və regional problemlər daxildir.

 

Qeyd edək ki, Ermənistan toplantıya qatılmaqdan imtina edib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin 100 minlik MUZDLU GÖNDƏRİR: Ermənistanda qan töküləcək