Modern.az

Putin G20-də qlobal iqtisadiyyat və Ukrayna haqda NƏ DEDİ?

Putin G20-də qlobal iqtisadiyyat və Ukrayna haqda NƏ DEDİ?

Dünya

22 Noyabr 2023, 17:46

"Dünyada qarşıdurma cəhdləri davam edir".

 

Modern.az TASS-a istinadən xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin G20 sammitindəki çıxışında deyib.

 

"Rusiya Federasiyası heç vaxt Ukrayna ilə sülh danışıqlarından imtina etməyib, hərbi əməliyyatlar həmişə faciədir və biz buna son qoymaq barədə düşünməliyik", - o belə söyləyib.

 

Putin bildirib ki, o, Ukraynadakı ölümlərin "şokunu anlayır", lakin Qəzza da daxil olmaqla, digər münaqişələr də sarsıdıcıdır. Rusiya prezidenti iddia edib ki, Moskva Ukraynada "ədalətə nail olmağa" çalışır.

 

"Rusiya ərzaq ixracı sahəsində bütün öhdəliklərini yerinə yetirir. Afrikaya pulsuz taxıl olan ilk gəmiləri göndərdik. Qlobal iqtisadiyyatdakı vəziyyət konsensus və müxtəlif ölkələrin fikirlərinin nəzərə alınmasını tələb edir. Rusiya dünyada açıq və qarşılıqlı faydalı əməkdaşlıq ruhunun bərpasının tərəfdarıdır. Qlobal iqtisadiyyatda gərginlik Rusiya ilə deyil, digər böyük ölkələrin hərəkətləri ilə bağlıdır", - o vurğulayıb.

 

Putin Rusiyanın 2060-cı ildən gec olmayaraq karbon neytrallığına nail olmaq planlarını təsdiqləyib.

 

Qeyd edək ki, Rusiya prezidenti Hindistandakı sammitə onlayn qatılıb.

Whatsapp
Bizə yazın!
Keçid et
Putin 100 minlik MUZDLU GÖNDƏRİR: Ermənistanda qan töküləcək