İsrail və HƏMAS arasında atəşkəs sabah səhər saat 7-də qüvvəyə minəcək.
Modern.az xəbər verir ki, bu barədə Qətər Xarici İşlər Nazirliyi məlumat yayıb
HƏMAS 13 girovdan ibarət ilk qrupu sabah saat 16:00-da azad edəcək.
Qeyd edək ki, HAMAS İsraillə 4 günlük humanitar atəşkəs barədə razılıq əldə edib. Qəzza zolağına humanitar yardımın göndərilməsinə icazə veriləcək. 150 fələstinlinin müqabilində əksəriyyəti qadın və yaşı 19-dan aşağı olan 50 israilli azad ediləcək.