Türkiyənin Malatya vilayətində 3 dəqiqə fərqlə iki zəlzələ baş verib.
Modern.az xəbər verir ki, zəlzələlər 4.7 və 5.2 bal gücündə olub.
Yerli məlumata görə, zəlzələ insanlar arasında təşviş yaradıb.
Malatya valisi Ersin Yazıcı zəlzələnin çox az hiss edildiyini bildirib. O qeyd edib ki, hökumət qurumlarına heç bir şikayət daxil olmayıb.
AFAD-dan verilən açıqlamada qeyd olunub ki, 5,2 və 4,7 bal gücündə zəlzələlərdən sonra hazırda hər hansı neqativ hal yoxdur və araşdırmalar davam edir.
Daxili İşlər Naziri Ali Yerlikaya sosial mediada verdiyi açıqlamada AFAD başda olmaqla bütün qurum qrupların araşdırma fəaliyyətinə başladığını bildirib.
***
18:54
Türkiyənin Malatya vilayətində yenidən zəlzələ olub.
Modern.az xəbər verir ki, bu barədə AFAD məlumat yayıb.
Bildirilib ki, vilayətin Battalqazi rayonunda baş verən yeraltı təkan Rixter şkalası üzrə 5.2 ballıq maqnituda ilə qiymətləndirilib.
Ocağı yerin 6.99 kilometr dərinliyində yerləşən zəlzələdən sonra itki və dağıntılar barədə məlumat verilməyib.