Modern.az

Qəzzada humanitar atəşkəs uzadıla bilər

Qəzzada humanitar atəşkəs uzadıla bilər

Dünya

25 Noyabr 2023, 17:18

ABŞ Prezidenti Cozef Bayden Massaçusets ştatında keçirilən mətbuat konfransında HƏMAS hərəkatı ilə İsrail arasında dörd günlük humanitar atəşkəslə bağlı açıqlama verib.

 

Modern.az xəbər verir ki, Ağ evin məlumatına görə, jurnalıstlərin müvafiq sualını cavablandıran Cozef Bayden Qəzzada atəşkəs rejiminin uzadılması ehtimalının olduğunu bildirib.

 

Noyabrın 24-də HƏMAS dördü yeniyetmə olmaqla 13 girovu İsrail tərəfinə təhvil verib. Təl-Əviv isə bunun əvəzində 39 fələstinlini - 24 qadını və 15 yeniyetməni azad edib.

 

Razılaşma çərçivəsində HƏMAS hərəkatının əlində olan 50 israilli girovun qarşılığında İsrail həbsxanalarında olan 150 fələstinli azadlığa buraxılacaq.

Sizə yeni x var
Keçid et
Putin 100 minlik MUZDLU GÖNDƏRİR: Ermənistanda qan töküləcək