Modern.az

İranda FACİƏ - 5 nəfər öldü

İranda FACİƏ - 5 nəfər öldü

Dünya

25 Noyabr 2023, 22:27

İranın qərbində qar uçqunu baş verib.

 

Modern.az IRNA-ya istinadən xəbər verir ki, 5 alpinist həlak olub, 4 nəfər xəsarət alıb.

 

Xilasetmə qrupları paytaxt Tehrandan 300 kilometr cənub-qərbdə yerləşən San Boran zirvəsindən beş alpinistin cəsədini çıxarıb. Xəsarət alan 4 alpinist xəstəxanaya yerləşdirilib.


Doqquz nəfərdən ibarət alpinistlər qrupu yerli hakimiyyət orqanlarının mümkün risk barədə xəbərdarlığına baxmayaraq, cümə axşamı səyahətə başlayıb. 4,150 metr olan dağ silsiləsində son günlər intensiv qar yağıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İsrail qırıcıları İrana GİRİR - Şiddətli BOMBALANMA...