"Brüsseldəki Aİ XİN başçıları Şurasının toplantısı çərçivəsində ukraynalı həmkarım Dmitro Kuleba ilə tanış olmaq üçün yaxşı fürsət oldu".
Modern.az xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan X-də yazıb.
"Qarşılıqlı maraq doğuran sahələrdə və regional məsələlərdə ikitərəfli əməkdaşlıq perspektivləri haqqında fikir mübadiləsi aparıldı", - deyə o əlavə edib.
Qeyd edək ki, hər iki nazir Brüsseldə səfərdədir.