Modern.az

Ermənistan prezidenti Zelenski ilə GÖRÜŞDÜ

Ermənistan prezidenti Zelenski ilə GÖRÜŞDÜ

Dünya

12 Dekabr 2023, 15:54

Argentina Respublikasının yeni seçilmiş prezidenti Xavyer Mileyin andiçmə mərasimi çərçivəsində Ermənistan prezidenti Vahaqn Xaçaturyan bir neçə ölkədən olan həmkarları ilə görüşüb.

 

Modern.az "Armenpress"ə istinadən xəbər verir ki, Xaçaturyan Buenos-Ayresdəki “Casa Rosada” prezident sarayında İspaniya kralı VI Filipp, Uruqvay prezidenti Luis Lakalle Pou, Paraqvay prezidenti Santyaqo Pen, Çili prezidenti Qabriel Boriç, Ukrayna prezidenti Volodimir Zelenski və Macarıstanın baş naziri Viktor Orbanla söhbət edib.

 

"Görüşlər zamanı ikitərəfli əlaqələrə dair məsələlər və mövcud potensialın tam reallaşdırılması yolları müzakirə olunub. Vahaqn Xaçaturyan Ermənistanın irəli sürdüyü “Sülhün qovşağı” konsepsiyasının əsas prinsip və müddəalarına toxunaraq, Ermənistan tərəfinin regionda sabit və davamlı sülhün bərqərar olmasına yönəlmiş hərəkətlərini təqdim edib", - məlumatda deyilir.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiya BOMBARDMANÇILARI havaya qalxdı - Bu ölkələrə hücum!