Türkiyə ordusunun hərbi qulluqçusu İraqda şəhid olub.
Modern.az xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyindən məlumat verilib.
Leytenant Eril Alperen Əmirin Pəncə-Kilid Əməliyyatı bölgəsində PKK terrorçularının hücumu nəticəsində şəhid olduğu bildirilir.
Nazirlik şəhidin ailəsinə başsağlığı verib.