Modern.az

Avropadan Kosovo və Serbiyaya çağırış

Avropadan Kosovo və Serbiyaya çağırış

Dünya

13 Dekabr 2023, 22:07

Avropa İttifaqı (Aİ) Serbiya ilə Kosovonu münasibətləri normallaşdırmaq istiqamətində lazımi addımları atmağa və dialoqu davam etdirməyə çağırıb.

 

Modern.az xəbər verir ki, Aİ-nin Ümumi Məsələlər Şurası Avropa Komissiyası və Avropa Şurasına iki ölkə arasında dialoq çərçivəsində normallaşma prosesini inkişaf etdirməyi tapşırıb.

 

Eyni zamanda, Serbiya və Kosovo arasında münasibətlərin normallaşdırılması haqqında sazişdən irəli gələn öhdəliklərin yerinə yetirilməsi və Aİ-yə üzvlük danışıqlarının meyarlarına düzəlişlər edilməsi ilə bağlı təkliflərin 2024-cü ilin yanvar ayının sonuna qədər Şuraya göndərilməsi vurğulanıb.

 

Qeyd edək ki, Serbiya ilə Kosovo arasında gərginlik il ərzində bir neçə dəfə artıb. Tərəflər Aİ-nin Belqrad-Priştina dialoqu çərçivəsində normallaşma prosesini inkişaf etdirməyin yollarını axtarır. Həmçinin Serbiya ilə Kosovo hazırda ABŞ və Avropa İttifaqı tərəfindən dəstəklənən və Fransa-Almaniya Planı kimi tanınan konsepsiya üzrə danışıqlar aparır.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiya BOMBARDMANÇILARI havaya qalxdı - Bu ölkələrə hücum!