Modern.az

İlon Mask universitet açmaq istəyir 

İlon Mask universitet açmaq istəyir 

Dünya

14 Dekabr 2023, 00:48

“SpaceX”, “Tesla” şirkətlərinin, eləcə də “X” sosial şəbəkəsinin sahibi İlon Mask Texas ştatının Ostin şəhərində universitet açmağı planlaşdırır.

 

Modern.az “Bloomberg”ə istinadən xəbər verir ki, əvvəlcə təbiət elmləri, texnologiya, mühəndislik və riyaziyyat təmayüllü məktəb açılacaq.

 

Sonra ən yüksək səviyyədə təhsil verəcək universitet yaradılacaq. Təhsil müəssisələri təcrübəli müəllimlərdən ibarət olacaq və ənənəvi kurrikulumlarla, “etməklə öyrənmə”, o cümlədən simulyasiyalar, nümunələr, layihə və laboratoriya işləri ilə birləşdiriləcək.

 

Qeyd edək ki, Ostin şəhəri həm də İlon Mask tərəfindən qurulan “Tesla”nın qərargahının yerləşdiyi yerdir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiya BOMBARDMANÇILARI havaya qalxdı - Bu ölkələrə hücum!