Modern.az

Tokayev İlham Əliyevi TƏBRİK ETDİ

Tokayev İlham Əliyevi TƏBRİK ETDİ

Dünya

14 Dekabr 2023, 14:36

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev azərbaycanlı həmkarı İlham Əliyevə təbrik teleqramı göndərib.

 

Modern.az xəbər verir ki, bu barədə "Kazinform" agentliyi Qazaxıstan Prezident Administrasiyasına ("Aqorda") istinadən məlumat yayıb.

 

Qeyd olunub ki, Kasım-Jomart Tokayev Azərbaycan Prezidenti İlham Əliyevi 2024-cü ildə BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflərinin 29-cu Konfransına ev sahibliyi edən ölkə kimi Azərbaycanın seçilməsi münasibətilə təbrik edib.

 

Tokayev təbrik teleqramında vurğulayıb ki, Qazaxıstan hərtərəfli yardım göstərməyə və COP29-un uğurlu və səmərəli keçirilməsində fəal iştirak etməyə hazırdır.

Sizə yeni x var
Keçid et
Rusiya BOMBARDMANÇILARI havaya qalxdı - Bu ölkələrə hücum!