Modern.az

Almaniya Ukraynada PUA istehsal edəcək

Almaniya Ukraynada PUA istehsal edəcək

Dünya

15 Dekabr 2023, 12:20

Almaniyanın pilotsuz uçuş aparatı (PUA) istehsalçısı “Quantum-Systems” Ukraynada tədqiqat və istehsal mərkəzi yaradır.

 

Modern.az TASS-a istinadən xəbər verir ki, bu barədə şirkətin Ukrayna üzrə baş əməliyyat direktoru Aleksandr Berejnoy məlumat verib.

 

Onun sözlərinə görə, 2024-cü ildə “Vector” PUA-sı üçün ehtiyat hissələri Ukraynada istehsal olunacaq: “2025-ci ildə isə bu PUA növünün tam yığılması planlaşdırılır. Bu layihədə 40-a yaxın mütəxəssis çalışacaq”.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiya BOMBARDMANÇILARI havaya qalxdı - Bu ölkələrə hücum!