Türkiyədə sosial media fenomeni Ece Ronay saxlanılıb.
Modern.az xəbər verir ki, onun keçmiş həyat yoldaşının iş yerinə atəş açıdığı bildirilir.
Onun hazırda polisə aparıldığı qeyd olunub.
Hadisədən dərhal sonra İstanbul Təhlükəsizlik Müdirliyinin Mütəşəkkil Cinayətkarlıqla Mübarizə idarəsinin əməkdaşları əməliyyat keçirərək Ece Ronayı və beş kişini saxlayıblar.
Əməliyyat zamanı hüquq mühafizə orqanlarının əməkdaşları Ece Ronayın evinə daxil olaraq axtarış aparıblar.
Şübhəli şəxs qismində saxlanılan şəxslərin ünvanlarında aparılan axtarışlar zamanı avtomat silah, tapança, 58 patron tapılaraq götürülüb.