Modern.az

Rusiya Futbol İttifaqı Asiya zonasına keçməkdən imtina etdi

Rusiya Futbol İttifaqı Asiya zonasına keçməkdən imtina etdi

Dünya

20 Dekabr 2023, 15:36

Rusiya Futbol İttifaqının İcraiyyə Komitəsi 2023-cü ilin yekun iclasında Asiya Futbol Konfederasiyasında çıxış etmək varinatını müzakirə edib.

 

Modern.az yerli mətbuata istinadən xəbər verir ki, qurumun üzvləri FIFA-nın zəmanəti olmadan bunu gerçəkləşdirməyin mənasız olduğunu bildiriblər.

 

Qurum UEFA vasitəsilə beynəlxalq yarışlara qayıtmaq üçün səylərini davam etdirəcək.

 

Qeyd edək ki, Rusiya klubları və milli komandaları 2022-ci ilin fevralında Ukrayna ilə müharibəyə görə UEFA və FIFA-nın bayrağı altında keçirilən bütün turnirlərdən kənarlaşdırılıblar.

Sizə yeni x var
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...