Modern.az

ABŞ Ukraynaya 250 milyon dollarlıq hərbi yardım paketi ayırdı

ABŞ Ukraynaya 250 milyon dollarlıq hərbi yardım paketi ayırdı

Dünya

28 Dekabr 2023, 08:56

ABŞ administrasiyası Ukraynaya 250 milyon dollarlıq hərbi yardım paketi ayırıb.

 

Modern.az-ın məlumatına görə, bu barədə ABŞ Dövlət katibi Antoni Blinkenin bəyanatında deyilir.

 

Qeyd olunub ki, bu, 2023-cü ildə sonuncu yardım paketidir.

 

Paketə hava hücumundan müdafiə sistemləri üçün sursat və avadanlıqlar, reaktiv yaylım atəş sistemi üçün döyüş sursatları, 155 mm və 105 mm kalibrli artilleriya mərmiləri, tank əleyhinə silahlar daxildir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiya BOMBARDMANÇILARI havaya qalxdı - Bu ölkələrə hücum!