Modern.az

Rusiyada 86 yaşlı keşişə cinayət işi açıldı - "Ordunu nüfuzdan salır"

Rusiyada 86 yaşlı keşişə cinayət işi açıldı -

Dünya

28 Dekabr 2023, 17:54

Rusiyada Krasnodar diyarından olan 86 yaşlı keşişə qarşı ordunu “diskreditasiya” ittihamı ilə cinayət işi açılıb.

 

Modern.az xəbər verir ki, bu barədə "Kavkaz.Reali"yə din xadimi özü məlumat verib.

 

Buna səbəb arxiyepiskop Viktorun (Pivovarov) Rusiyanın Ukraynaya genişmiqyaslı işğalını pisləyən məqaləsi olub. Onun sözlərinə görə, məhkəmənin “bir neçə həftəyə” keçiriləcəyi vəd edilib.

 

Arxiyepiskop Viktor kiçik Rus Pravoslav Kilsəsinin alternativ Moskva Patriarxlığının rəhbəridir. Rəsmi Rus Pravoslav Kilsəsi tərəfindən tanınmır.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyadan ŞOK İTTİHAM - Ukrayna bizi Bakıdan VURUR!