Modern.az

ABŞ pilotsuz hərbi kosmik gəmini orbitə çıxardı

ABŞ pilotsuz hərbi kosmik gəmini orbitə çıxardı

Dünya

29 Dekabr 2023, 12:14

ABŞ Silahlı Qüvvələrinin X-37B pilotsuz kosmik gəmisi NASA-nın Kennedi Kosmik Mərkəzindən SpaceX kompaniyasının Falcon Heavy raketi ilə orbitə çıxarılıb.

 

Modern.az Associated Press agentliyinə istinadla xəbər verir ki, bu, Amerikanın ən məxfi kosmik gəmisinin 2010-cu ildəki debütündən bəri yeddinci uçuşudur. O, orbitdə ümumilikdə 10 ildən çox fəaliyyət göstərib.

 

İndiyədək ən uzun sürən son uçuş iki il yarım davam edib.

 

Kosmik Qüvvələrin rəsmiləri orbital gəminin fəzada nə qədər qalacağını və göyərtəsində nə olduğunu açıqlamayıblar.

Sizə yeni x var
Keçid et
Rusiyadan ŞOK İTTİHAM - Ukrayna bizi Bakıdan VURUR!