Modern.az

ABŞ və İsrail İrandakı partlayışlarda iştirak etməyib 

ABŞ və İsrail İrandakı partlayışlarda iştirak etməyib 

Dünya

3 Yanvar 2024, 23:24

ABŞ İrandakı partlayışlarda iştirak etməyib.

 

Modern.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Metyu Miller bildirib.

 

O qeyd edib ki, İrandakı partlayışlarda ABŞ və İsrailin əli yoxdur.

 

"Bu partlayışlara nəyin səbəb ola biləcəyini söyləmək hələ tezdir, lakin demək istəyirəm ki, ilk növbədə ABŞ bu işdə iştirak etmir. İsrailin partlayışlarda əli olduğuna inanmağa heç bir əsasımız yoxdur”, - Miller vurğulayıb.

 

Qeyd edək ki, İranın Kirman şəhərində SEPAH-ın Qüds qüvvələrinin keçmiş komandiri Qasım Süleymaninin dəfn olunduğu qəbiristanlığın yaxınlığında iki partlayış baş verib, hadisə nəticəsində ölənlərin sayı 103-ə çatıb. Yerli fövqəladə hallar xidməti 211 nəfərin yaralandığını bildirib. Onlardan bir çoxunun vəziyyəti ağırdır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiya BOMBARDMANÇILARI havaya qalxdı - Bu ölkələrə hücum!