Modern.az

"Rosatom" Ermənistanda atom enerjisini inkişaf etdirmək istəyir

Dünya

29 Yanvar 2024, 10:32

“Rosatom”un rəhbəri Aleksey Lixaçev “Rossiya-24” telekanalına müsahibəsində Ermənistanda atom enerjisinin inkişaf etdirilməsi yollarından danışıb.

 

Modern.az xəbər verir ki, bu barədə "Sputnik Armenia" yazıb.

 

“Ermənistan maksimum bir il yarım-iki il ərzində öz nüvə enerjisinin gələcək inkişafı formatı barədə qərar verməlidir; Ermənistan çoxdan atom enerjisi klubunun üzvüdür”, - Lixaçov belə deyib.

 

Qeyd edək ki, Ermənistanda yerləşən və istismar müddətini başa vurmuş Metsamor AES bütün region üçün təhlükə hesab olunur.

Sizə yeni x var
Keçid et
Rusiyadan ŞOK İTTİHAM - Ukrayna bizi Bakıdan VURUR!