Modern.az

Sərnişin təyyarənin qanadlarına çıxdığı üçün uçuş GECİKDİ

Sərnişin təyyarənin qanadlarına çıxdığı üçün uçuş GECİKDİ

Dünya

29 Yanvar 2024, 10:42

Meksikada reys həyata keçirən təyyarələrdən birində 4 saatlıq gecikmə yaşanıb.

 

Modern.az xəbər verir ki, buna səbəb sərnişinlərdən birinin şok yaradan gözlənilməz hərəkəti olub.

 

Belə ki, sərnişin təyyarənin fövqəladə hallar üçün nəzərdə tutulan çıxışının qapısını (pəncərə) açaraq qanadlardan birinin üstünə çıxıb. Qanadın üstündə gəzişməyə, müxtəlif hərəkətlər etməyə başlayan şəxs ekstremal vəziyyətin yaranmasına səbəb olub.

 

Digər sərnişinlərin "qəhrəman" adlandırdıqları həmin şəxs sonradan saxlanılıb. Təyyarə gecikmə ilə uçuşunu həyata keçirib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiya BOMBARDMANÇILARI havaya qalxdı - Bu ölkələrə hücum!