Modern.az

İvanişvilinin sərvəti 7 milyard dollara çatır

İvanişvilinin sərvəti 7 milyard dollara çatır

Dünya

6 Mart 2024, 11:46

Sabiq Gürcüstan baş naziri, Rusiya mənşəli oliqarx Bidzina İvanişvilinin sərvəti ilin əvvəlindən 325 milyon dollar artıb.

 

Modern.az xəbər verir ki, bu, "Bloomberg"in Milyarderlər İndeksinin məlumatıdır.

 

Hazırda onun sərvəti 6,92 milyard dollar təşkil edir. Müqayisə üçün qeyd edək ki, İvanişvilinin aktivləri Gürcüstanın bütün 2023-cü il üçün xarici ticarətinin həcmindən cəmi 3 dəfə azdır.

 

Bidzina İvanişvili dünyanın ən varlı adamları siyahısında 374-cü yerdədir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Baş nazirin mülkləri niyə indi ÜZƏ ÇIXDI - Ölkədə nə baş verir?