Modern.az

Ermənistan Kiprdə, Kipr Ermənistanda səfirlik açacaq

Ermənistan Kiprdə, Kipr Ermənistanda səfirlik açacaq

Dünya

7 Mart 2024, 14:52

İrəvan bu il Kipr Respublikasında (Cənubi Kipr) səfirlik açmağı planlaşdırır.

 

Modern.az "Sputnik Armenia"ya istinadən xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan həmkarı ilə mətbuat konfransı zamanı deyib.

 

Öz növbəsində İrəvanda Cənubi Kiprin diplomatik nümayəndəliyi açılacaq.

 

Qeyd edək ki, Cənubi Kiprin XİN başçısı İrəvanda səfərdədir və Ermənistanın xarici işlər naziri ilə görüşüb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Baş nazirin mülkləri niyə indi ÜZƏ ÇIXDI - Ölkədə nə baş verir?