Modern.az

Tramp Venesuelanın müvəqqəti prezidenti ilə telefonla danışdı

Tramp Venesuelanın müvəqqəti prezidenti ilə telefonla danışdı

Dünya

15 Yanvar 2026, 09:04

ABŞ Prezidenti Donald Tramp Venesuelanın müvəqqəti prezidenti Delsi Rodriqezlə telefonla danışıb.

Modern.az xəbər verir ki, bu barədə Tramp “Truth” sosial şəbəkəsində yazıb. O, danışığın çox yaxşı keçdiyini bildirib. ABŞ Prezidenti deyib ki, ölkəsi Venesuelanın sabitləşməsinə və bərpasına kömək sahəsində böyük irəliləyişlər əldə edib.

“Neft, minerallar, ticarət və milli təhlükəsizlik də daxil olmaqla bir çox mövzu müzakirə edildi. Amerika Birləşmiş Ştatları ilə Venesuela arasındakı bu tərəfdaşlıq hər kəs üçün möhtəşəm olacaq. Venesuela tezliklə yenidən, bəlkə də əvvəlkindən daha möhtəşəm və çiçəklənən ölkəyə çevriləcək”, -deyə Tramp qeyd edib.(Mənbə AzərTac)

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukrayna aman vermir - Rusiya yenə bombalanır