Modern.az

Tramp Si Cinpinin çıxışı zamanı mürgülədi - GÖRÜNTÜLƏR

Tramp Si Cinpinin çıxışı zamanı mürgülədi - GÖRÜNTÜLƏR

Dünya

Bu gün, 11:15

ABŞ Prezidenti Donald Trampın Çində keçirilən Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq (APEC) sammitinin plenar iclasında mürgülədiyini əks etdirən görüntülər yayılıb.

Modern.az xəbər verir ki, hadisə noyabrın 19-da səhər saatlarında Çinin Şençjen şəhərində keçirilən iclas zamanı baş verib.

Yayılan kadrlarda Trampın Çin Prezidenti Si Cinpinin çıxışı zamanı mikrofon və sənədlərin qarşısında oturduğu, başını bir qədər aşağı əydiyi və gözlərini yumduğu görünür.

Görüntülər sosial şəbəkələrdə müzakirələrə səbəb olub.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Artan sosial problemlər! Bahalaşma, işsizlik - Çıxış yolu nədir?