Modern.az

Ermənistanda əsgərlik çağırışının vaxtı dəyişdirildi

Ermənistanda əsgərlik çağırışının vaxtı dəyişdirildi

Dünya

Bu gün, 11:28

Ermənistanda 2027-ci ilin qış çağırışının və hərbi xidmətdən tərxisin tarixləri müəyyənləşib.

Modern.az xəbər verir ki, Ermənistan hökuməti cümə axşamı keçirilən iclasında qış çağırışının müddətini təsdiqləyib.

Qərara əsasən, 2027-ci ilin qış çağırışı yanvarın 7-dən fevralın 12-dək keçiriləcək. Hərbi xidmətdən tərxis prosesi isə yanvarın 7-dən 31-dək davam edəcək.

2027-ci ildə 2025-ci ilin çağırışı ilə hərbi xidmətə başlayan hərbçilər tərxis olunacaqlar. Qeyd edək ki, 2025-ci ilin qış çağırışı da yanvarın 7-dən 31-dək keçirilib.

Xatırladaq ki, 2026-cı ildən etibarən Ermənistanda müddətli həqiqi hərbi xidmətin müddəti əvvəlki 2 ildən 1 il 6 aya endirilib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Artan sosial problemlər! Bahalaşma, işsizlik - Çıxış yolu nədir?