Modern.az

Əraqçı Zelenskiyə "təlxək" dedi

Əraqçı Zelenskiyə "təlxək" dedi

Dünya

23 Yanvar 2026, 11:18

“Dünya tamamilə xaricdən gələn yardım və xarici muzdlulardan asılı olan “bəsit təlxəklər”dən bezib”.

Modern.az xəbər verir ki, bunu İran xarici işlər naziri Abbas Əraqçi Ukrayna Prezidenti Volodimir Zelenskinin yanvarın 22-də Davos Forumunda çıxışı zamanı İrana xarici müdaxiləyə çağırışına cavab olaraq səsləndirib.

“Dünya bəsit təlxəklərdən bezib, cənab Zelenski. Xaricdən dəstəklənən və muzdlularla dolu olan sizin ordudan fərqli olaraq, biz öz-özümüzü müdafiə edə bilirik və xarici yardıma müraciət etməyi zəruri hesab etmirik”, - X-də yazıb.

Əraqçinin sözlərinə görə, Zelenski ABŞ və Avropa vergi ödəyicilərinin pullarını korrupsiyalaşmış generallarının ciblərini doldurmaq üçün xərcləyir və BMT Nizamnaməsini pozaraq İrana qarşı qanunsuz aqressiyaya çağırış edir.

Sizə yeni x var
Keçid et
Ukrayna aman vermir - Rusiya yenə bombalanır