"Forbes" jurnalı 2026-cı ilin ən varlı insanlarının siyahısını dərc edib.
Modern.az xəbər verir ki, dünyanın ən varlı 10 iş adamının siyahısını təqdim edir.
İlon Mask
54 yaşlı amerikalı iş adamı, Tesla və SpaceX-in sahibi İlon Mask 839 milyard dollarlıq sərvəti ilə Forbes siyahısında birinci yerdə qərarlaşıb.
Larri Peyc
Siyahının ikinci sırasında da amerikalı və texnologiya üzrə fəaliyyət göstərən şirkət rəhbəri var. Bu, 52 yaşlı Larry Pagedir. "Google"un sahibi 257 milyarda dollar sərvətə malikdir.
Sergey Brin
Larry Pagenin onunla həmyaşıd şəriki Sergey Brin isə 237 milyard dollarlıq sərvəti ilə dünyanın ən varlı üçüncü şəxsidir.
Ceff Bezos
Dünyanın ən varlı insanları siyahısında dördüncü yeri Amazonun qurucusu, 62 yaşlı iş adamı Jeff Bezos 224 milyard dollarlıq sərvətilə tutub.
Mark Zukerberq
Texnologiya dedikdə ilk ağıla gələn simalardan olan 41 yaşlı Mark Zukerberqin 222 milyard dollar sərvəti var. Qeyd edək ki, Zukerberq "Metaverse"in sahibidir.
Larri Ellison
Texnologiya sahəsində fəaliyyət göstərən "Oracle" şirkətinin 81 yaşlı sahibi Larry Ellison 190 milyard dollar sərvətə malikdir.
Bernard Arno və ailəsi
77 yaşlı fransız iş adamı Bernard Arnault və ailəsinin sərvəti 171milyard dollardı.
Onlar bu gəliri LVMH və "Fashion & Retail" şirkətlərindən əldə edirlər.
Yensen Hanq
"Semiconductors" texnologiya şirkətinin 63 yaşlı sahibi Jensen Huang 154 milyardlıq sərvəti ilə dünyanın ən varlı insanları arasında 8-ci yerdə qərarlaşıb.
Uorren Baffet
Dünyanın ən zəngin insanları sırasında bəlkə də ən yaşlısı olan 95 yaşlı Warren Buffett 149 milyard dollar sərvətə sahibdir. O, "Berkshire Hathaway" və "Finance & Investments" şirkətlərinin sahibidir.
Amansio Orteqa
İlk onluğun sonuncu sırasında 148 milyard dollarlıq sərvəti ilə 89 yaşlı Amanico Ortega qərarlaşıb. İspaniyalı bisnesmen "Zara" və "Fashion & Retail" şirkətlərinin sahibidir.