Modern.az

Türkiyədə liseyə hücumda ölən və yaralananlar var - YENİLƏNİB

Türkiyədə liseyə hücumda ölən və yaralananlar var - YENİLƏNİB

Dünya

14 Aprel 2026, 12:56

Türkiyənin Şanlıurfa vilayətində texniki peşə liseyində atışma ilə bağlı yeni detallar üzə çıxıb

Modern.az DHA-ya istinadən xəbər verir ki, liseyin keçmiş şagirdi, 2007-ci il təvəllüdlü gənc silahla liseyə daxil olaraq atəş açıb. Hadisə zamanı 12 şagird, 3 müəllim və ərazidən keçən 2 təsadüfi şəxs yaralanıb.

Hadisəni törədən gəncin intihar etdiyi bildirilir. Faktla bağlı araşdırma aparılır.

***

11:56

Türkiyədə liseylərdən birində silahlı hücum həyata keçirilib.

Modern.az-ın məlumatına görə, Şanlıurfanın Siverek rayonu ərazisində baş verən hadisə zamanı 7 nəfər yaralanıb.

Hadisəni Əhməd Koyuncu Peşə və Texniki Anadolu Liseyində törədilən silahlı hücumu şagirdlərdən birinin törətdiyi iddia edilir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...