Modern.az

Stomatoloq vəhşicəsinə qətlə yetirildi

Stomatoloq vəhşicəsinə qətlə yetirildi

Dünya

Bu gün, 12:29

Ermənistanın Kotayk rayonunun Mrqaşen kəndində evlərinə yeni köçmüş stomatoloq Artur Avakyan qətlə yetirilib.

Modern.az xəbər verir ki, kənd administrasiyasının rəhbərinin verdiyi məlumata görə, Avakyan evdən çölə çağırılıb və qətlə yetirilib. 

İstintaq Komitəsi qətlin əvvəlcədən planlaşdırıldığını və öldürülən şəxsin bədəninin müxtəlif yerlərinə iti əşyalarla çoxsaylı zərbələr aldığını müəyyən edib. Qətli həyata keçirməkdə şübhəli bilinən iki qardaş saxlanılıb və onlar barədə qəsdən adam öldürmə maddəsi ilə cinayət işi açılıb.

Qətli həyata keçirən şəxslərdən birinin yetkinlik yaşına çatmadığı bildirilir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Netanyahu həddini aşdı: Ərdoğana ağır sözlər dedi