Modern.az

Bu türk dövləti rus dilinə "yox" dedi

Bu türk dövləti rus dilinə "yox" dedi

Dünya

14 Aprel 2026, 12:33

Qırğızıstan hökuməti rus dilində olan kənd adlarının dəyişdirilməsini 2027-ci ilin sonuna qədər başa çatdırmaq niyyətindədir.

Modern.az xəbər verir ki, bu barədə prezident Sadır Japarov Oş vilayətinin Alay rayonunda sakinlərlə görüşündə bildirib.

Dövlət başçısı adların dəyişdirilməsi prosesinin artıq başladığını və yaxın gələcəkdə başa çatdırılmalı olduğunu vurğulayıb. 

Sadır Japarovun prezident vəzifəsinə başladığı 2021-ci ildən bəri ölkədə artıq 15-dən çox yaşayış məntəqəsinin adı dəyişdirilib. Xüsusilə, Çuy bölgəsindəki Voyenno-Antonovka Kojomkul, İssık-Kul bölgəsindəki Semyonovka isə Kojoyar-Ata adlandırılıb.

 

Sizə yeni x var
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?