Türkiyə xaricdəki hərbi mövcudluğunu genişləndirərək qlobal miqyasda diqqət çəkən ölkələrdən birinə çevrilib.
Modern.az xəbər verir ki, bu barədə “IntelliNews”un 2026-cı ilin aprel ayında dərc etdiyi hesabatda bildirilir.
Məlumata əsasən, ABŞ xaricdə yerləşən hərbi bazalarının sayına görə dünyada birinci yerdədir. ABŞ-ın 887 xarici hərbi bazası olduğu bildirilir.
Hesabatda qeyd olunur ki, Türkiyə 133 hərbi baza ilə ikinci yerdə qərarlaşıb və bu göstərici ilə qlobal miqyasda belə geniş hərbi şəbəkəyə malik yeganə müsəlman ölkə kimi təqdim edilir.
Siyahıda sonrakı yerləri Birləşmiş Krallıq (117 baza), Rusiya (29 baza), Hindistan (20 baza) və İsrail (14 baza) tutur.
Analitiklər bildirirlər ki, Türkiyənin hərbi mövcudluğu yalnız yaxın regionla məhdudlaşmır. Ölkənin Yaxın Şərq, Afrika və Aralıq dənizi hövzəsində yerləşən hərbi obyektləri onun geosiyasi təsir imkanlarının artdığını göstərir.
Qeyd olunur ki, bu bazaların coğrafi əhatə dairəsi və strateji yerləşməsi Türkiyənin beynəlxalq təhlükəsizlik sistemində rolunun gücləndiyini nümayiş etdirir.