Modern.az

Netanyahuda prostat xərçəngi aşkarlanıb

Netanyahuda prostat xərçəngi aşkarlanıb

Dünya

Bu gün, 16:34

İsrail Baş nazirliyi ofisinin açıqlamasında Benyamin Netanyahunun sağlamlıq vəziyyəti ilə bağlı məlumat verilib.

Modern.az Anadolu” Agentliyinə istinadən xəbər verir ki, açıqlamaya görə, Netanyahunun təxminən bir il yarım əvvəl keçirdiyi prostat əməliyyatından sonra aparılan rutin yoxlamalar zamanı onda xərçəng aşkar edilib.

“Metastaz verməmiş kiçik bir lezyonun erkən mərhələdə müəyyən edilməsindən sonra” Netanyahunun uğurlu müalicə prosesi keçərək xərçəngi atlatdığı qeyd olunub.

Həmçinin vurğulanıb ki, Netanyahunun daha əvvəl xərçəngə tutulduğunu əks etdirən və bu gün yayımlanan tibbi hesabatın “müharibənin ən gərgin dövründə yayımlanmaması və İran rejiminin İsrailə qarşı daha çox qara təbliğat aparmasının qarşısını almaq” məqsədilə ictimaiyyətə gecikdirilmiş şəkildə təqdim olunmasını onun özü xahiş edib.

Xatırladılıb ki, İsrailin baş naziri Netanyahu 2024-cü ilin dekabrında sidik yolu infeksiyası səbəbindən prostat əməliyyatı keçirmişdi.

İsraildə ən uzun müddət baş nazir postunu tutan 76 yaşlı Netanyahu son illərdə yaşı ilə əlaqədar bir sıra sağlamlıq problemləri yaşayır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiya BOMBARDMANÇILARI havaya qalxdı - Bu ölkələrə hücum!