Modern.az

İranda müəmmalı partlayış səsləri eşidildi

İranda müəmmalı partlayış səsləri eşidildi

Dünya

8 May 2026, 04:21

Bəndər-Abbas şəhərinin ətrafında partlayış səsləri eşidilib.

Modern.az xəbər verir ki, bu barədə məlumatı "Fars" xəbər agentliyi yayıb.

Məlumata görə, yerli sakinlər şəhərin müxtəlif istiqamətlərindən gələn və partlayışı xatırladan güclü səslər eşitdiklərini bildiriblər. Agentlik qeyd edib ki, hazırda həmin səslərin dəqiq mənbəyi və səbəbi araşdırılır.

Bununla yanaşı, "Mehr" agentliyi Qəşm adasında da oxşar səslərin qeydə alındığını bildirib.

Hazırda məsələ ilə bağlı araşdırmalar davam etdirilir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Bakıya hücumlar artır - Türkiyə nəyi gözləyir?