Tayvan parlamenti Çindən gələ biləcək mümkün təhdidlərə qarşı müdafiə imkanlarını gücləndirmək məqsədilə 780 milyard Tayvan dolları (təxminən 25 milyard ABŞ dolları) həcmində xüsusi müdafiə büdcəsini təsdiqləyib.
Modern.az “Bloomberg”in nəşrinə istinadən xəbər verir ki, vəsaitin 2026-2033-cü illər ərzində ABŞ istehsalı olan silahların alınmasına yönəldilməsi planlaşdırılır.
Bildirilib ki, büdcə çərçivəsində HIMARS raket sistemləri, M109 haubitsaları, hava hücumundan müdafiə sistemləri, raketdən müdafiə kompleksləri və pilotsuz uçuş aparatlarına qarşı mübarizə texnologiyalarının alınması nəzərdə tutulur.
Məlumata əsasən, ayrılan vəsaitin bir hissəsi ABŞ texnologiyalarından istifadə edilməklə T-Dome hava hücumundan müdafiə sisteminin yaradılmasına sərf olunacaq.