Modern.az

ABŞ atəş açdı - İran itki verdi

ABŞ atəş açdı - İran itki verdi

Dünya

Bu gün, 17:09

ABŞ hərbi qüvvələrinin gecə saatlarında İranın cənubunda yerləşən yük gəmisinə zərbə endirdiyi iddia edilir.

Modern.az xəbər verir ki, bu barədə İranın “Mehr” agentliyi məlumat yayıb.

Agentliyin məlumatına görə, hücum nəticəsində 10 dənizçi yaralanıb, 5 nəfər isə itkin düşüb. Hadisənin detalları və gəminin hansı şəraitdə vurulduğu barədə əlavə məlumat verilməyib.

Qeyd edək ki, iddialar ABŞ ilə İran arasında gərginliyin artdığı bir vaxta təsadüf edir. ABŞ dövlət katibi Marko Rubio bildirib ki, Vaşinqton bu gün İranın münaqişənin nizamlanması ilə bağlı təqdim olunan təklifə cavabını gözləyir.

Bununla yanaşı, İranın xarici işlər naziri Abbas Araqçı daha əvvəl açıqlamasında Tehranın heç vaxt təzyiq qarşısında geri çəkilməyəcəyini vurğulayıb. O həmçinin bildirib ki, İranın raket və mobil pilotsuz uçuş aparatları üçün buraxılış qurğuları ehtiyatı “Washington Post” nəşrinin iddia etdiyi kimi müharibədən əvvəlki səviyyənin 75 faizi deyil, 120 faizidir.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ABŞ İrana qarşı HÜCUMA BAŞLADI - Paytaxt bombalanır - Xəbəriniz Var? - Media Turk TV