Modern.az

Kallas: Rusiyanın Avropada təsirləri yenidən artır

Kallas: Rusiyanın Avropada təsirləri yenidən artır

Dünya

Bu gün, 12:22

Rusiyanın Avropadakı təsirinin yenidən artmağa başlayıb.

Modern.az xəbər verir ki, bu barədə Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas jurnalistlərə açıqlamasında bildirib.

Kaya Kallas qeyd edib ki, Rusiyanın təsirinin güclənməsi xüsusilə idman və mədəniyyət sahələrində açıq şəkildə hiss olunur.

“Rusiyanın Avropadakı təsiri yenidən artır. Bunu idman sahəsində görürük. Rusiyalı idmançılar sanki heç nə baş verməyibmiş kimi yenidən beynəlxalq yarışlarda iştirak edirlər. Eyni vəziyyət Venesiya Biennalesində də müşahidə olunur”, - deyə o bildirib.

Kallasın sözlərinə görə, Avropa Komissiyası daha əvvəl Venesiya Biennalesinin təşkilatçılarına Rusiyanın tədbirdə iştirakının dayandırılması ilə bağlı rəsmi məktublar göndərib.

Lakin təşkilatçılar bu tələbi qəbul etmədikdən sonra Avropa Komissiyası biennalenin təşkilatçılarına ayrılmış 2 milyon avroluq qrantı ləğv edib.

Qeyd edək ki, Venesiya Biennalesi dünyanın ən nüfuzlu beynəlxalq incəsənət və mədəniyyət tədbirlərindən biri hesab olunur. Rusiyanın bu platformada iştirakının davam etməsi Avropa siyasi dairələrində müzakirələrə səbəb olub.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ABŞ İrana qarşı HÜCUMA BAŞLADI - Paytaxt bombalanır - Xəbəriniz Var? - Media Turk TV