Modern.az

Bizim təkliflərimizin alternativi yoxdur - Qalibaf

Bizim təkliflərimizin alternativi yoxdur - Qalibaf

Dünya

Bu gün, 11:22

Rəsmi Tehranın ABŞ ilə münaqişənin nizamlanmasına dair təqdim etdiyi 14 bəndlik plan yeganə çıxış yoludur.

Modern.az  xəbər verir ki, bu barədə İran İslam Məsləhət Şurasının (Parlament) sədri Məhəmməd Baqir Qalibaf bu barədə "X" sosial şəbəkəsindəki hesabında paylaşım edib.

Qalibaf qeyd edib ki, İran xalqının haqqlarını tanıyan bu təklifdən başqa istənilən digər yanaşma uğursuzluğa məhkumdur: "14 bəndlik təklifdə əksini tapan hüquqlarımızı tanımaqdan başqa alternativ yoxdur. İstənilən digər yanaşma nəticəsiz qalacaq və yalnız uğursuzluqlar silsiləsinə gətirib çıxaracaq".

Spiker həmçinin vurğulayıb ki, Vaşinqton vaxt uzatdıqca bunun bədəlini amerikalı vergi ödəyiciləri daha ağır şəkildə ödəyəcəklər.

İranın 14 bəndlik təklifində nə var?

İran mediasının yaydığı məlumata görə, Tehranın təkliflər paketi aşağıdakı əsas şərtləri əhatə edir:

Bütün cəbhələrdə, xüsusilə Livanda hərbi əməliyyatların dayandırılması;

İran limanlarının blokadasına son qoyulması;

Gələcəkdə İrana hücum edilməyəcəyinə dair təminat verilməsi;

Sanksiyaların ləğvi və İran neftinin satışına qoyulan qadağanın götürülməsi;

Müharibə zamanı dəymiş ziyanın ödənilməsi;

İranın Hörmüz boğazı üzərindəki suverenliyinin tanınması.

Xatırladaq ki, ABŞ tərəfi isə Tehranın bu təkliflərinə kəskin etiraz edib. Mayın 11-də axşam saatlarında çıxış edən ABŞ Prezidenti Donald Tramp İranın cavab məktubunu tənqid edərək, onu "qeyri-məqbul" adlandırıb: "Mən o məktubu heç sonacan oxumadım".

Trampın sözlərinə görə, əsas razılaşma İranın nüvə proqramından imtina etməsini nəzərdə tutsa da, Tehranın son təkliflərində bu bənd əksini tapmayıb. O, həmçinin qeyd edib ki, dağıdılmış nüvə obyektlərində qalan zənginləşdirilmiş uranın ABŞ tərəfindən çıxarılması məsələsi də İranın son sənədindən çıxarılıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?