Modern.az

Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi 

Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi 

Dünya

Bu gün, 15:32

İranın ali dini lideri Ayətullah Əli Xameneinin müşaviri Məhəmməd Möhbər BƏƏ və Küveytlə bağlı sərt açıqlama verib.

Modern.az xəbər verir ki, o, sosial şəbəkə hesabında paylaşdığı açıqlamada bu ölkələrin ABŞ Mərkəzi Komandanlığına (CENTCOM) dəstək verdiyini iddia edib.

Möhbər bildirib ki, İran uzun illər BƏƏ və Küveytə dost və qardaş münasibəti göstərib: “Onlar isə əvvəlcədən öz suverenliklərini sataraq hətta torpaqlarını və evlərini Fələstin və İranın düşmənlərinin ixtiyarına veriblər”.

Xameneinin müşaviri qeyd edib ki, İranın son qarşıdurma zamanı CENTCOM-un bölgədəki bazalarına reaksiyası tammiqyaslı olmayıb.

“İslam Respublikasının son total müharibə zamanı CENTCOM-un icarəyə götürülmüş forpostlarına cavabı tammiqyaslı olmadı. Lakin bu təmkin, şübhəsiz ki, əbədi olmayacaq”, - deyə o vurğulayıb.

1520605

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?