Qazaxıstanda səfərdə olan Rusiya prezidenti Vladimir Putin növbəti dəfə çaşıb.
Modern.az xəbər verir ki, Putin Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevə təşəkkür edərkən onun adı və atasının adını düzgün deyə bilməyib. Putinin dil sürüşməsi hadisə yerindən yayılan videoda əks olunub. Kreml rəhbəri onlarla kameranın hər hərəkəti və hər sözü qeydə aldığı şəraitdə səhvə yol verib.
Yayımda Putinin əksər hallarda düzgün tələffüz edə bilmədiyi adın yeni versiyası səslənib. Belə ki, o bu dəfə Kasım-Jomart Tokayevə “hörmətli Sarqan Kemeleviç” deyə müraciət etməklə hamını təəccübləndirib.
Qeyd edək ki, bu, Kreml rəhbərinin Tokayevin adı ilə bağlı ilk səhvi deyil. O, əvvəllər də belə səhvlərə yol verib.
Belə ki, 2022-ci ilin iyununda Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunda o, Tokayevi “Kemej İşemileviç” kimi təqdim etmiş, həmin ilin avqustunda Soçidə ona “Kasımjan Kemeleviç”, 2023-cü ilin noyabrında isə Qazaxıstanda “Kemel Jomartoviç” demişdi.
Bəzi xarici ekspertlər Vladimir Putinin düşdüyü bu halı onun sağlamlıq vəziyyəti ilə bağlayırlar.