Modern.az

Yunanıstan Türkiyəyə cavab verdi - Yolumuzdan çəkilməyəcəyik

Yunanıstan Türkiyəyə cavab verdi - Yolumuzdan çəkilməyəcəyik

Dünya

Bu gün, 15:40

Yunanıstan Türkiyənin “Mavi Vətən” doktrinası ilə bağlı mövqeyini bir daha sərt şəkildə ifadə edib.

Modern.az xəbər verir ki, Yunanıstanın xarici işlər naziri Giorqos Gerapetritis ölkəsinin milli maraqları və hüquqları ilə bağlı heç bir güzəştə getməyəcəyini bildirib.

“Biz milli hüquq və maraqlarımızla bağlı heç vaxt geri addım atmayacağıq”, – deyə nazir vurğulayıb.

O bildirib ki, Yunanıstan hazırda geosiyasi baxımdan ciddi üstünlüklərə malikdir və milli maraqlara təhdid yaranacağı halda bu imkanlardan istifadə edə bilər.

Nazir qeyd edib ki, dəniz məkanında birtərəfli təşəbbüslərin heç bir hüquqi nəticəsi yoxdur və gözlənilməz nəticələr doğura bilməz.

Gerapetritis əlavə edib ki, Yunanıstanın tərəfdaşları, müttəfiqləri və beynəlxalq təşkilatlar Şərqi Aralıq dənizində sülh və təhlükəsizliklə bağlı problemlərdən tam məlumatlıdır.

“Yunanıstanın istənilən anda güvənə biləcəyi beynəlxalq ittifaqları, eləcə də yaranan vəziyyətlərə qarşı istifadə edə biləcəyi silahları var”, – deyə o bildirib.

Qeyd edək ki, “Mavi Vətən” yanaşması Türkiyənin dəniz yurisdiksiyası iddialarını genişləndirən xəritələr və siyasətlərlə əlaqələndirilir. Ankara bunu milli təhlükəsizlik və iqtisadi maraqların müdafiəsi kimi təqdim etsə də, Yunanıstan və Cənubi Kipr başda olmaqla bir sıra ölkələr bu yanaşmanın beynəlxalq hüquqa zidd olduğunu bildirir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Azərbaycanlıların olduğu gəmiləri kim vurdu? - Ölənlər sayı açıqlandı