Ermənistanda seçki məntəqəsi yaxınlığında bıçaqlanma hadisəsi baş verib.
Modern.az yerli media istinadən xəbər verir ki, Ermənistanda keçirilən seçkilər zamanı 8/24 saylı seçki məntəqəsinin yaxınlığında insident qeydə alınıb.
Müşahidəçilərin məlumatına görə, ərazidə bıçaqlanma hadisəsi baş verib. Şahid insidentlə bağlı məlumat və materialları hüquq-mühafizə orqanlarına təqdim edib.
Hələlik hadisənin seçki prosesi ilə əlaqəli olub-olmaması dəqiqləşdirilməyib.