Modern.az

Trampla Pezeşkian sənədi imzaladı - FOTO

Trampla Pezeşkian sənədi imzaladı - FOTO

Dünya

18 İyun 2026, 09:16

Donald Tramp və Məsud Pezeşkian ABŞ və İran arasında atəşkəs barədə anlaşma memorandumu imzalayıblar.

Modern.az xəbər verir ki, 14 maddəlik razılaşma, hər iki tərəfin daimi atəşkəs barədə danışıqlar aparmasına imkan vermək üçün aprel ayında elan edilmiş atəşkəsi, o cümlədən Livanda daha 60 gün uzadır.

ABŞ və İran rəsmilərinin sözlərinə görə, Tramp və İran prezidenti Məsud Pezeşkian memorandumu ingilis və fars dillərində elektron şəkildə imzalayıblar.

İran Xarici İşlər Nazirliyi razılaşmanın gecədən qüvvəyə mindiyini açıqlayıb.

Tramp sənədi Birinci Dünya Müharibəsinə rəsmi olaraq son qoyan Versal Müqaviləsinin imzalandığı Versal Sarayında imzalayıb.

Sizə yeni x var
Keçid et
Putin onlara RƏHM ETMƏYƏCƏK! - Kreml lideri qəti qərar verdi