Modern.az

Hakan Fidan Ermənstana vacib mesaj verdi

Hakan Fidan Ermənstana vacib mesaj verdi

Dünya

Bu gün, 12:00

Türkiyənin xarici işlər naziri Hakan Fidan Rusiyaya səfəri zamanı mediaya müsahibə verib.

Modern.az xəbər verir ki, müsahibədə o, Cənubi Qafqaz və Türkiyə–Ermənistan münasibətlərinin normallaşması prosesinə də toxunub.

Hakan Fidan bildirib ki, səfər çərçivəsində Cənubi Qafqazda “3+3” formatının işə salınması ilə bağlı razılıq əldə olunub. O, bu formatın Türkiyə, Rusiya, Azərbaycan, İran, Ermənistan və Gürcüstan arasında əməkdaşlığın dərinləşdirilməsi baxımından çox vacib mexanizm olduğunu vurğulayıb.

Ermənistanla münasibətlərin normallaşmasına da toxunan nazir qeyd edib ki, Nikol Paşinyan hökuməti çox mühüm addımlar atıb. O, Prezident Rəcəb Tayyip Ərdoğanın siyasi iradəsi nəticəsində bir sıra vacib addımların atıldığını, o cümlədən birbaşa ticarət və aviaəlaqələrin qurulmasını qeyd edib.

Hakan Fidan vurğulayıb ki, yeni mərhələdə görüləcək işlər aydındır və əlavə edib:

“Paşinyan hökuməti normallaşma məsələsində çox mühüm addımlar atıb. Bizim prezidentimizin iradəsi ilə birbaşa ticarətin və hava nəqliyyatının qurulması da daxil olmaqla bir çox vacib addımlar atılıb. Yeni dövrdə daha nələrin görülməli olduğu da aydındır. Biz zəruri şərtlər yarandıqda normallaşmaya hazırıq”.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Türkiyədə Zəngəzur dəhlizinə TURAN deyildi -Ermənistanda ara qarışdı -Xəbəriniz Var? - Media Turk TV