Modern.az

İsrail Livanı bombaladı, 18 nəfər ölüb

İsrail Livanı bombaladı, 18 nəfər ölüb

Dünya

Bu gün, 12:54

İsrailin Livanın cənubunda həyata keçirdiyi hərbi əməliyyatlar nəticəsində 18 nəfər ölüb, 33 nəfər yaralanıb.

Modern.az xəbər verir ki, Livanın Milli Xəbər Agentliyinin məlumatına görə, İsrail Hərbi Hava Qüvvələri gecə saatlarından səhərədək ölkənin cənubunda yerləşən 10 kənd və qəsəbəni bombalayıb. Hücumlar nəticəsində həm yaşayış məntəqələrinə, həm də mülki infrastruktura ziyan dəydiyi bildirilir.

Eyni zamanda, İsrailin milli təhlükəsizlik naziri İtamar Ben Qvirin açıqlaması beynəlxalq diqqət çəkib. Nazir “bütün Livan yandırılmalıdır” ifadəsini səsləndirib.

Hadisə ilə bağlı rəsmi tərəflərin və beynəlxalq təşkilatların reaksiyası gözlənilir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukrayna ordusu əks-hücuma keçdi - Ərazilər azad olundu