Modern.az

Təl-Əvivdən Moskvaya uçuşlar dayandırıldı

Təl-Əvivdən Moskvaya uçuşlar dayandırıldı

Dünya

25 İyun 2026, 13:56

İsrailin milli aviadaşıyıcısı El Al Rusiya və Ukrayna arasında baş verən son hadisələr, eləcə də regionda aviasiya təhlükəsizliyi ilə bağlı insidentlər səbəbindən Təl-Əviv–Moskva marşrutu üzrə uçuşları yaxın günlər üçün dayandırdığını açıqlayıb.

Modern.az xəbər verir ki, bu barədə “The Times of Israel” məlumat yayıb.

Şirkətin nümayəndəsinin sözlərinə görə, vəziyyət gələn həftə yenidən qiymətləndiriləcək və reyslərin bərpası ilə bağlı qərar veriləcək.

Sərnişinlərə isə qanunvericiliyə uyğun olaraq məlumat veriləcək və alternativ variantlar təklif olunacaq.(APA)

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin onlara RƏHM ETMƏYƏCƏK! - Kreml lideri qəti qərar verdi