Venesuelada ardıcıl baş verən güclü zəlzələlər nəticəsində həlak olanların sayı 164 nəfərə çatıb, 971 nəfər isə yaralanıb.
Modern.az xəbər verir ki, bu barədə ölkə prezidentinin səlahiyyətlərinin müvəqqəti icraçısı Delsi Rodrigez məlumat verib. Bildirilib ki, xilasetmə və axtarış əməliyyatları davam etdirilir. Hakimiyyət orqanları zərərçəkənlərə yardım göstərilməsi və dağıntıların nəticələrinin aradan qaldırılması istiqamətində tədbirlər görür.
Xatırladaq ki, iyunun 24-də axşam saatlarında Karakasdan şimal-qərbdə güclü zəlzələ baş verib. ABŞ Geoloji Xidməti 7,2 və 7,5 bal gücündə iki silsilə təkan qeydə alıb. Zəlzələlər ölkənin bir sıra bölgələrində ciddi dağıntılara səbəb olub.