Modern.az xəbər verir ki, "AFP"nin məlumatına görə, iyun ayında dəniz səthinin orta temperaturu 20,98 °C təşkil edib. Bu göstərici 2023 və 2024-cü illərdə qeydə alınmış rekordları da yeniləyib.
Mütəxəssislər bu tendensiyanı iqlim dəyişikliyinin təsirləri və “El-Ninyo” təbii iqlim hadisəsi ilə əlaqələndirirlər. Bildirilir ki, yaxın aylarda da yüksək temperatur göstəricilərinin davam edəcəyi istisna olunmur.
“El-Ninyo” ekvatorial və mərkəzi Sakit okeanda səth sularının normadan artıq isinməsi ilə xarakterizə olunan təbii iqlim hadisəsidir. Bu proses adətən 2–7 ildən bir baş verir, 9–12 ay davam edir və nəticədə dünyanın müxtəlif regionlarında hava şəraitinə ciddi təsir göstərir.