Rusiyanın Kiyevə kütləvi zərbələri nəticəsində ölənlərin sayı 25 nəfərə çatıb.
Modern.az xəbər verir ki, bu barədə Kiyev Şəhər Hərbi Administrasiyasının rəhbəri Timur Tkaçenko "Telegram" kanalında məlumat verib.
Tkaçenko hücum nəticəsində Kiyevin xeyli dağıntıya məruz qaldığını, yaralıların və ölənlərin sayının arta biləcəyini, o cümlədən insanların hələ də binaların dağıntıları altında qaldıqlarını vurğulayıb.
***
20:32
İyulun 2-nə keçən gecə Rusiyanın Kiyevə kütləvi hücumu nəticəsində ölənlərin sayı 22 nəfərə çatıb.
Modern.az xəbər verir ki, bu barədə Kiyev Şəhər Dövlət Administrasiyasının rəisi Timur Tkaçenko bildirib.
"Kiyevdə Rusiya zərbələrinin qurbanlarının sayı artaraq 22-yə çatıb", - o qeyd edib.
***
Saat 19:32
Rusiyanın Kiyevə endirdiyi genişmiqyaslı zərbələr nəticəsində həlak olanların sayı artaraq 20-yə çatıb.
Modern.az xəbər verir ki, bu barədə Kiyev Şəhər Hərbi Administrasiyasının rəhbəri Timur Tkaçenko özünün "Telegram" kanalında məlumat paylaşıb.
"Əfsuslar olsun ki, bugünkü hücum nəticəsində həyatını itirənlərin sayı artıb. Hazırkı məlumata görə, 20 nəfərin öldüyü təsdiqlənib", - deyə o vurğulayıb.
Hazırda yaralıların sayının 90-a yaxın olduğu bildirilir.