Modern.az

Qırğızıstanda hakimiyyəti ələ keçirmək istəyənlərə hökm oxunub 

Qırğızıstanda hakimiyyəti ələ keçirmək istəyənlərə hökm oxunub 

Dünya

2 İyul 2026, 21:53

Qırğızıstanda keçmiş yüksəkvəzifəli şəxslərə hökuməti zorla ələ keçirmə işi üzrə hökm oxunub.

Modern.az xarici mediaya istinadən xəbər verir ki,  Qırğızıstanın Milli Təhlükəsizlik üzrə Dövlət Komitəsinin sabiq sədri Kamçıbek Taşiyev, parlamentin keçmiş sədri Nurlanbek Turğunbek və parlamentin sabiq deputatı Kurmankul Zuluşev hakimiyyəti zorla ələ keçirməyə cəhd işi üzrə təqsirli biliniblər.

Məhkəmənin hökmü ilə onların hər biri 4 il müddətinə azadlıqdan məhrum edilib. Eyni zamanda, onlara probasiya tətbiq olunduğu üçün təqsirləndirilən şəxslər məhkəmə zalından azadlığa buraxılıblar.

Məhkəmə prosesi zamanı təqsirləndirilən şəxslərin hamısı irəli sürülən ittihamları qəbul etməyərək özlərini təqsirsiz hesab ediblər.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ŞOK video yayıldı! İran Xudafərini nişan aldı - Sensasion iddia